Türkiyə HƏMAS-ın Tehranda siyasi rəhbərinə sui-qəsdi pisləyib – ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Türkiyə HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsini qətiyyətlə pisləyir.

"Bu sui-qəsd bir daha onu göstərir ki, İsrailin baş naziri Benyamin Netanyahu hökuməti sülhə can atmır. Bu hücum həm də Qəzza müharibəsini bölgəyə genişləndirmək məqsədi daşıyır. Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün tədbirlər görməsə, bizim bölgəmiz daha ciddi konfliktlərlə üzləşəcək", - bəyanatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31