Polşa müharibə olacağı təqdirdə əhalinin kütləvi təxliyəsi üçün planlar hazırlayır- ÖZƏL

Polşada müharibə vəziyyətində əhalinin kütləvi şəkildə köçürülməsi planı hazırlamağa başlanılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyak Polsat telekanalında söhbətində danışıb.

Siemonyak bildirib ki, Polşa hakimiyyət orqanları müharibə olacağı təqdirdə əhalinin kütləvi təxliyəsi üçün planlar hazırlayır. Tamamlanmış planların yeni qanunun bir hissəsi olacağı gözlənilir. Hazırda respublikada mülki müdafiə haqqında qanun layihəsi hazırlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31