Sudan liderinə PUA ilə hücum edildi - Video

Bu gün səhər saatlarında Sudan lideri, ölkənin Suveren Şurasının rəhbəri Əbdül Fəttah Əl-Burhana sui-qəsd cəhdi edilib.

Olaylar xəbər verir ki,bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, Əl-Burhan ölkənin şərqində yerləşən hərbi hissələrin birində olarkən PUA hücumuna məruz qalıb.

Hücum nəticəsində Əl-Burhan sağ qalsa da, 5 nəfər ölüb.

Hadisə ilə bağlı məsuliyyəti heç bir qurum öz üzərinə götürməyib.

İki PUA məhv edilib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31