Haniyənin qisasını almaq İranın borcudur - Xamenei

İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.

Olaylar xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei deyib.

Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır:

"Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı".

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31