Haniyə aviazərbə nəticəsində öldürülüb - KİV

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda aviazərbə nəticəsində öldürülüb.

Olaylar xəbər verir ki, bu barədə "Nur Nyus" agentliyi məlumat yayıb.

"Gecə saat 2 radələrində İsmayıl Haniyənin Tehranda olduğu məkana aviazərbə endirilib", - məlumatda qeyd olunub.

Agentliyin məlumatına görə, Haniyənin qətli ilə bağlı istintaq, o cümlədən hava hücumunun həyata keçirildiyi yerin axtarışı davam edir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31