İsrail nazirlərinə Haniyənin qətli ilə bağlı açıqlama vermək qadağan edilib- ÖZƏL
31 İyul 2024 12:42 Dünyaİsrailin baş naziri Benyamin Netanyahunun ofisi ölkə nazirlərinə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahında qətlə yetirilməsi ilə bağlı açıqlama verməməyi tapşırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazır.
Nəşrin qeyd etdiyi kimi, ərəb mediası Fələstin hərəkatının Siyasi Bürosunun rəhbərinin İsrail tərəfindən aradan götürüldüyünü iddia edir.
İranın Ali Milli Təhlükəsizlik Şurası Haniyənin ölümü ilə bağlı xəbər yayılandan dərhal sonra fövqəladə iclas keçirib və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi qətllə bağlı təhqiqata başlanıldığını elan edib. İran prezidenti Məsud Pezeşkian qeyd edib ki, ölkə "terrorçu işğalçıları" belə bir "qorxaq hərəkət"dən peşman edəcək.