Pentaqonun rəhbəri Yaxın Şərqdəki vəziyyəti şərh edib- ÖZƏL

Pentaqonun rəhbəri Lloyd Ostin Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qaçılmaz olacağına inanmır. Onun sözlərinə görə, diplomatiya üçün hər zaman yer var.

Olaylar.az xəbər verir ki, ABŞ hərbi departamentinin rəhbəri bunu Filippinə səfəri zamanı deyib.

"Mən düşünmürəm ki, müharibə (Yaxın Şərqdə) qaçılmazdır. Mən bu fikrin tərəfdarıyam. Düşünürəm ki, diplomatiya üçün hər zaman yer və imkan var", -o, bildirib. 

Eyni zamanda, Ostin aydınlaşdırıb ki, ABŞ İsrailə hücum edəcəyi təqdirdə onu qorumağa kömək edəcək. O qeyd edib ki, hazırda Vaşinqton HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra gərginliyi azaltmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31