ABŞ Rusiya və Çindən yan keçərək ticarət yolu yaratmaq planlarını açıqlayıb- ÖZƏL

Olaylar.az aif.ru-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, ABŞ hakimiyyəti Rusiya və Çindən yan keçməklə Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün yeni ticarət marşrutunun yaradılması imkanlarını qiymətləndirir.

Siyasətçi ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı qeyd edib ki, Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindirlər, lakin onların dünya bazarlarına çıxışı müstəsna olaraq Rusiya Federasiyası və Çin vasitəsilə həyata keçirilir.

"Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçəcək marşrut aça bilsək, o zaman onların dünya bazarlarına çıxışı olacaq", - o vurğulayıb.

Bundan əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin Rusiyanın Hind okeanına çıxış planlarını açıqlamışdı.

Rusiya və Asiya ölkələri ABŞ və Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının tətbiqindən sonra həyata keçirilən irimiqyaslı logistika restrukturizasiyasında əsas rol oynayan yeni yol şəbəkəsi ilə birləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31