Əl-Cəzirə: İran Həmas Siyasi Bürosunun rəhbəri Həniyənin qətlinə cavab verməyə məcbur olacaq- ÖZƏL
31 İyul 2024 11:39 Dünyaİran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə cavab verməyə məcbur olacaq.
Olaylar.ax "Əl-Cəzirə"-ə istinadən xəbər verir ki, bu fikri Tehrandakı Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Abas Aslani deyib.
Aslaninin sözlərinə görə, Tehranda baş verən faciə İranın təhlükəsizlik aparatı üçün pis hadisə olub. Buna əsaslanaraq İran hansısa şəkildə buna cavab verməlidir. Tədqiqatçı vurğulayıb ki, Haniyənin müdafiə olunmaması Tehranı addım atmağa vadar edə bilər.
"Düşünürəm ki, qisas və ya İran tərəfinin cavabı qaçılmaz ola bilər. Amma təhlükəsizlik baxımından bu, İran üçün çox vacib idi", - deyə Aslani yekunlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31