İran-Rusiya qaz razılaşması ən mühüm ikitərəfli razılaşmaya çevrilir - ÖZƏL

Olaylar.az   xəbər verir ki, iranlı politoloq, İran-Rusiya münasibətləri üzrə ekspert, professor Ruhullah Modabber bildirib ki, iki ölkənin ən böyük qaz şirkətləri arasında Rusiya qazının İrana tədarükü ilə bağlı memorandumun bağlanması Moskva-Tehran münasibətləri üçün çox vacibdir.

"İranda qaz qovşağının yaradılması və enerji ehtiyatlarının mübadiləsinə dair memorandum iki ölkə arasında İranın heç vaxt Qərb və ya Avropa ilə bağlamayacağı ən mühüm razılaşmadır. Qərb və ABŞ İranda tranzit enerji dəhlizinin yaradılmasının qətiyyən əleyhinədir", - ekspert bildirib.
İyunun 26-da Rusiyanın "Qazprom" şirkəti və İran Milli Qaz Şirkəti (NIGC) Rusiya qazının İrana tədarükünün təşkilinin nəzərdən keçirilməsinə dair strateji memorandum imzalayıb. Danışıqlar iştirakçıları tərəfindən iki ölkə arasında qaz sahəsində əməkdaşlıq yolunun başlanmasının gələcəkdə daha böyük saziş və müqavilələrin imzalanmasına gətirib çıxaracağı qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31