Hizbullah Fuad Şükürün İsrailin zərbə endirdiyi binada olduğunu təsdiqləyib

Hizbullah yüksək rütbəli hərbi komandiri Fuad Şükürün İsrailin zərbə endirdiyi binada olduğunu təsdiqləyib.

Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, Fuad Şükür, həqiqətən də, İsrailin zərbə endirdiyi binada olub, lakin onun taleyi naməlum olaraq qalır.

Qeyd edək ki, ötən gecə İsrailin Beyrutda bəzi bölgələri bombardman edib. "Al-Hadath" telekanalı Livanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Hizbullah hərəkatının komandirlərindən biri Fuad Şükürün zərbələr nəticəsində həlak olduğu barədə məlumat yayıb. Bəzi mənbələr isə Şükürün ölmədiyini və onun ölümü ilə bağlı məlumatların dezinformasiya olduğunu iddia edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31