Haniyənin öldürülməsi: Fələstin prezidenti çağırış etdi
31 İyul 2024 10:05 DünyaHƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş sui-qəsd qorxaqca atılmış bir addım və təhlükəli bir irəliləyişdir.
Olaylar bildirir ki, bu sözləri Fələstin Prezidenti Mahmud Abbas deyib.
O, Fələstin xalqını İsrail işğalına qarşı dirəniş göstərməyə və birlik olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində İsmayıl Haniyə və onun 1 mühafizəçisi öldürülüb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31