Vaşinqton Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir
31 İyul 2024 09:58 DünyaVaşinqton administrasiyası Gürcüstana qarşı yeni sanksiyaların tətbiqi imkanlarını qiymətləndirir və ABŞ hökuməti Tbilisinin yaxın aylarda siyasətini dəyişəcəyinə ümid edir.
Olaylar xəbər verir ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bu barədə açıqlama verib.
O bildirib: "Sanksiyalarla bağlı sualınıza gəlincə, biz mövcud imkanlarımızı diqqətlə nəzərdən keçiririk. Hələlik heç bir qərar elan etməmişik, amma araşdırmalar davam edir. Burada yalnız korrupsiyadan faydalanan şəxslər deyil, həm də Qlobal Maqnitski İnsan Haqları Aktı çərçivəsində insan hüquqlarının pozulmasında iştirak edənlər nəzərdə tutulur.
Bir il əvvəl yanlış bir yol seçilmişdi, lakin sonra hakim partiya öz kursunu dəyişərək böyük uğurlar əldə etdi. Ümid edirəm ki, bu tendensiya növbəti aylarda da davam edəcək."