İranın yeni Prezidenti and içdi - YENİLƏNİB - VİDEO

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, inauqurasiya Tehranda parlamentin binasında baş tutub.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.

17:37

Tehranda İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın parlament binasında andiçmə mərasimi keçirilir.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat verib.

Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak ediblər.

İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısının qarşısında and içəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31