Rusiya vətəndaşlığı alanlar bir il orduda xidmət etməli olacaq

Rusiya vətəndaşlığı alan şəxslər bir il orduda xidmət etməli olacaq.

Olaylar xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya parlamentinin aşağı palatasındakı məlumatlı mənbəyə istinad edən KİV yazır ki, bu norma miqrantların hərbi uçota durması haqqında qanun layihəsi ilə nəzərdə tutulub.

"Çox güman ki, Rusiya vətəndaşlığı alacaq şəxslər bir il orduda xidmət keçməli olacaqlar. Belə ki, bu onlara Rusiya vətəndaşları ilə eyni hüquqları verəcək", - adı açıqlanmayan mənbə bildirib.

Qanun layihəsinin Rusiya Dövlət Dumasına bu gün təqdim olunacağı, sabah yaz sessiyasının yekun iclasında qəbul olunacağı gözlənilir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31