20-dən çox Venesuela hərbçisi iğtişaşlar zamanı xəsarət alıb - ÖZƏL
30 İyul 2024 14:29 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ölkədə prezident seçkilərindən sonra başlayan iğtişaşlarda 20-dən çox hərbçinin yaralandığını bildirib.
"İndiyədək 23 hərbçi yaralanıb; onlardan bəziləri güllə yarası alıb. Onlar zorakılığın qurbanı olduqdan sonra tibbi yardım alırlar" - o, deyib.
Bundan əvvəl Karakas və Venesuelanın digər şəhərlərində etiraz aksiyaları və polislə toqquşmalar baş verib, etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib və hakimiyyəti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham ediblər.
Müdafiə rəisi vurğulayıb ki, hakimiyyət 2014, 2017 və 2019-cu illərdə genişmiqyaslı etirazlar və iğtişaşların insan tələfatına səbəb olduğu hadisələrin təkrarlanmasına imkan verməyəcək.