Türkiyə-Ermənistan sərhədində görüş keçirilir
30 İyul 2024 14:24 DünyaTürkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundu keçirilir.
Olaylar xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Görüş yerli vaxtla saat 11:00-da başlayıb və iki mərhələdə baş tutacaq: sərhədin Ermənistan tərəfində, sonra Türkiyə tərəfində.
Qeyd edək ki, danışıqların əvvəlki raundu iki il əvvəl - 2022-ci il iyulun 1-də Vyanada baş tutub.
Xatırladaq ki, daha öncə türkiyəli teleaparıcı Sena Alkan öz "X" hesabında görüşün səhər saatlarında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağını bildirmişdi. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31