Rusiya və Çin ABŞ-ın dəniz dibi hüququna meydan oxuyub- ÖZƏL
30 İyul 2024 13:56 DünyaRusiya və Çin nümayəndələri Beynəlxalq Dəniz Dibi Təşkilatının Kinqstonda keçirilən sessiyasında müzakirələr zamanı ABŞ-ın Berinq dənizi, Meksika körfəzi, Sakit və Atlantik okeanlarının dəniz dibinin təxminən 1 milyon kvadrat kilometr ərazisinə dair iddialarına etiraz etmək qərarına gəliblər.
Olaylar.az xəbər verir ki, bu barədə Bloombeg yazır.
Agentliyin məlumatına görə, Moskva və Pekin ABŞ-ın kontinental şelfinə təxminən bir milyon kvadrat kilometr əlavə edəcəkləri barədə son bəyanatlarına cavab olaraq etiraz ediblər.
Qeyd olunur ki, Vaşinqtonun birtərəfli iddiaları əsassızdır. Rusiya nümayəndəsi qeyd edir ki, bu cür bəyanatlar "kövrək beynəlxalq tarazlığı təhlükə altına alır" və Amerika tərəfinin ratifikasiya etmədiyi 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasını pozur.
Çin rəsmisi bildirib ki, Vaşinqtonun birtərəfli tələblər irəli sürməyə, bununla da konvensiyanı ratifikasiya etmədən ondan faydalanmağa haqqı yoxdur. O, həmçinin dəniz dibinin sərvətlərini bütün bəşəriyyətin irsi adlandırıb.