Putin Soljenitsının həyat yoldaşına medal verdi
30 İyul 2024 14:00 DünyaRusiya Prezidenti Vladimir Putin məşhur yazıçı Aleksandr Soljenitsının həyat yoldaşı Nataliya Soljenitsınanı III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edib.
Olaylar xəbər verir ki, bu barədə rəsmi hüquqi informasiya portalında dərc olunan fərmanda qeyd olunub.
Nataliya Soljenitsına bu medala "Milli incəsənətin inkişafındakı xidmətlərinə, aktiv ictimai və xeyriyyəçilik fəaliyyətinə görə" təltif olunub.
Qeyd edək ki, məşhur dissident yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Aleksandr Soljenitsın 2008-ci ildə dünyasını dəyişib. (Kult.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31