ABŞ-də muzdlu əsgər 14 il müddətinə azadlıqdan məhrum edilib- ÖZƏL
30 İyul 2024 13:03 DünyaABŞ-dən olan muzdlu əsgər Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etdiyinə görə qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.
Olaylar.az Rusiya İstintaq Komitəsinin Telegram kanalına istinadən xəbər verir ki, Rusiya Federasiyasında ABŞ Dəniz Piyadaları Korpusunun veteranı Maykl Artur Sent Con muzdluluğa görə qiyabi məhkum edilib.
Departamentin məlumatına görə, məhkəmə ABŞ vətəndaşını Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etməkdə təqsirli bilib və onu 14 il müddətinə azadlıqdan məhrum edib. Məhkumun beynəlxalq axtarışa verildiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31