Ermənistan ilk dəfə Səudiyyə Ərəbistanına səfir təyin edib
30 İyul 2024 12:46 DünyaErmənistan ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib.
Olaylar Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı ölkə prezidenti imzalayıb.
Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki hazırkı səfiri Karen Qriqoryan ölkəni, həmçinin Səudiyyə Ərəbistanında təmsil edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol 2023-cü il noyabrın 25-də Əbu-Dabidə imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31