Çox az vaxt qalıb: Ukrayna büdcə böhranına yaxınlaşır- ÖZƏL
30 İyul 2024 12:24 DünyaUkraynada büdcə kəsiri ilə bağlı vəziyyət kritikdir.
Olaylar.az xəbər verir ki, bu məlumatı Ukraynanın maliyyə naziri Sergey Marçenko açıqlayıb.
RBC-Ukraynanın məlumatına görə, dövlət xəzinəsindəki "boşluq" 500 milyard qrivnaya və ya təxminən 12,3 milyard dollara çatıb. Kəskin büdcə kəsiri ilə əlaqədar ölkə hökuməti vergi dərəcələrini artırmağı düşünür. Sonuncu biznes nümayəndələrinin mənfi və tənqid dalğasına səbəb olub.
Marçenko vurğulayıb ki, indiki vəziyyətdə hakimiyyət əhalinin ən həssas təbəqələrinə təsir etməyəcək kifayət qədər "yumşaq" tədbirlərə əl atmağı planlaşdırır. O, qeyd edib ki, 2025-ci ildə büdcə kəsiri ilə bağlı vəziyyətin kritik olacağı gözlənilir. Marçenkonun sözlərinə görə, mövcud vəziyyətdən çıxmaq və ölkədə büdcə böhranının qarşısını almaq üçün çox az vaxt qalıb.