Venesuela 7 ölkədən diplomatları geri çağırır — ÖZƏL
30 İyul 2024 11:58 DünyaOlaylar.az xəbər verir ki, Karakas Venesuela prezidenti Nikolas Maduronun yenidən prezident seçilməsini tanımaqdan imtina edən Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çili diplomatlarını geri çağırır.
"Venesuela Bolivar Respublikası hökuməti suverenliyimizə hücum olan iyrənc presedentə görə Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan Respublikası və Uruqvaydakı diplomatik nümayəndəliklərinin bütün üzvlərini geri çağırmaq qərarına gəlib və həmçinin bu ölkələrin hökumətlərindən Venesueladakı diplomatlarını geri çağırmağı tələb edir", - Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik bu ölkələrin Venesuelada prezident seçkiləri ilə bağlı bəyanatlarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
"Venesuela hökuməti öz müqəddəratını təyinetmə hüququnun qorunmasına təminat vermək üçün siyasi və hüquqi tədbirlər görmək hüququnu özündə saxlayır. Venesuela hökuməti dinc birgə yaşayışa təhlükə yaradan istənilən fəaliyyətə müqavimət göstərəcək", - nazirlik əlavə edib.