İranda polis kəndə hücum etdi: ölü və yaralılar var

İyulun 29-u axşam saatlarında bir qrup hərbçi və polis İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərinin Qadirabad kəndinə hücum edib.

Olaylar xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məhkəmə hökmü olmadan evlərdə axtarış aparmaq istəyən məmurlara etiraz etdikləri üçün sakinlərə atəş açılıb. Nəticədə bir qadın həlak olub, 3 nəfər yaralanb.

Rəsmi məlumatda isə silahlı "Ceyş əl-Ədl" təşkilatının üzvlərinin partlayıcı maddə daşıdıqları üçün kənddə əməliyyat keçirildiyi və 4 nəfərin həbs edildiyi bildirilib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31