Ukrayna Kurska raket zərbələri endirdi
30 İyul 2024 11:10 Dünyaİyulun 30-na keçən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 raketi məhv edib.
Olaylar xəbər verir ki, bunu region rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov deyib.
O bildirib ki, vurulan raketlərin parçaları şəhərin həyətlərinə düşüb. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, səhər saat dörd radələrində bütün bölgədə raket xəbərdarlığı elan edilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31