İran Trampa qarşı gizli kampaniya aparır - CNN
30 İyul 2024 11:05 Dünyaİran ABŞ-ın keçmiş prezidenti Donald Trampın namizədliyini zəiflətmək üçün gizli sosial media fəaliyyətindən və bununla bağlı təsir əməliyyatlarından istifadə edir.
Olaylar xəbər verir ki, bu barədə CNN məlumat yayıb."Tehran prezident seçkilərinə təsir göstərməyə çalışır. Çünki İran liderləri ABŞ-la gərginliyi artıracaq nəticədən qaçmaq istəyirlər. İranın son təsir fəaliyyətləri gizli sosial media hesabları və əlaqəli fəaliyyətlər şəklində ortaya çıxıb", - məlumatda qeyd olunub.
ABŞ kəşfiyyatının məxfiliyi ləğv edilmiş hesabatına görə, İran 2020-ci il seçkilərində Trampın yenidən seçilmə perspektivlərini sarsıtmağa yönəlmiş çoxşaxəli gizli təsir kampaniyası aparıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31