ABŞ Almaniyaya raketlər yerləşdirir: Rusiya təşvişdə...

Amerika raketlərinin Almaniya ərazisində yerləşdirilməsi Rusiya ilə Almaniya arasında gərginliyə və Rusiya-NATO münasibətlərinin pisləşməsinə səbəb olmayacaq.

Olaylar bildirir ki, bu sözləri Almaniya Xarici Siyasət Cəmiyyətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə proqramların rəhbəri Ştefan Mayster deyib.

"Mən gərginlik olacağını düşünmürəm", - deyə ekspert bildirib.

Onun fikrincə, Almaniya və NATO Rusiyanın nəzarətində olan boşluğu bağlayır və bu, Avropanı daha təhlükəsiz edir.

Qeyd edək ki, bundan öncə Ağ Ev ABŞ-ın 2026-cı ildə Almaniyada daha uzunmənzilli yeni raketlər yerləşdirməyə başlayacağını açıqlayıb. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31