Paşinyan İrana gedir
30 İyul 2024 10:05 DünyaErmənistanın baş naziri Nikol Paşinyan bu gün Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edəcək.
Olaylar erməni KİV-ə istinadən xəbər verir ki, bu məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.
Bildirilib ki, o, İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla görüşəcək.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31