Almaniyanın ən böyük kimya zavodunda partlayış - 14 yaralı var

Almaniyanın Lüdviqshafen şəhərində BASF şirkətinə məxsus kimya zavodunda partlayış baş verib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 14 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım xidmətləri cəlb edilib.

Qeyd edək ki, BASF şirkəti Almaniyanın ən böyük kimya zavodudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31