Titov bu səbəbdən vəzifəsindən uzaqlaşdırıldı - KİV
29 İyul 2024 17:12 DünyaVəzifəsindən uzaqlaşdırılan Rusiya xarici işlər nazirinin müavini Vladimir Titov BMT-nin Cenevrədəki daimi nümayəndəsi ola bilər.
Olaylar xəbər verir ki, bunu "Kommersant" qəzeti Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazıb.
Bildirilir ki, Titovun Rusiyanın Cenevrədəki BMT ofisi və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi vəzifəsinə təyin olunacağını gözlənilir.
Nəşrin məlumatına görə, onun əvvəlki postu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyaya həvalə olunacaq. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31