Putin XİN rəhbərinin birinci müavinini vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin birinci müavini Vladimir Titovu vəzifəsindən azad edib.

Olaylar xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd edək ki, Titov 2013-cü ildə xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, bundan əvvəl Rusiyanın İsveçdəki səfirliyinin nazir müşaviri, Bolqarıstandakı səfiri vəzifələrini tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31