Kreml Ağ dəniz kanalındakı fövqəladə vəziyyətə münasibət bildirib- ÖZƏL
29 İyul 2024 14:59 DünyaAğ dəniz kanalındakı qəza ilə bağlı məsələlər regional hakimiyyət orqanlarının səlahiyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Jurnalistlərin Prezident Vladimir Putinin Ağ dəniz-Baltik kanalında fövqəladə vəziyyət barədə məlumatı olub-olmaması sualını cavablandıran Kreml nümayəndəsi qeyd edib ki, bu, daha çox regional hakimiyyətlərin üzərinə düşür.
"Bu, daha çox birbaşa regional hakimiyyət orqanlarına və müvafiq departamentlərə aiddir", - deyə Peskov yekunlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31