Zelenski Trampı Kiyevə DƏVƏT ETDİ
29 İyul 2024 14:35 DünyaUkrayna prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş prezidenti və hazırda Ağ Ev rəhbəri vəzifəsinə namizəd Donald Trampı Kiyevə səfərə dəvət edib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, telefon danışığı zamanı o, Trampı Ukraynaya səfərə dəvət edib və qeyd edib: "Cənab Tramp Ukrayna haqqında nəsə bilmək istəsə, gəlib şəxsən görə bilər və ya məndən soruşa bilər. Biz onun komandası ilə danışdıq. Cənab Tramp mənə istənilən suala hazır olduğunu və onun telefon nömrəsinin məndə olduğunu söylədi". (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31