Yaroslavlda 1000 kvadratmetr sahədə boya və lak məhsulları anbarı yanıb- ÖZƏL

Yaroslavlda min kvadratmetr sahəni əhatə edən anbar yanıb. 

Olaylar.az xəbər verir ki, hadisə barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

İdarədən bildirilib ki, yanğın Yaroslavl şəhəri, Poluşkina Roşça küçəsi, bina 9, korpus 11 ünvanında yerləşən anbar binasını əhatə edib. Yanğın yerində 1000 kvadratmetr sahədə çap materialları, dəzgahlar və boya məhsulları saxlanılır. Yanğının söndürülməsi və qonşu tikililərin mühafizəsi üçün iki döyüş sahəsi yaradılıb. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xəsarət alan olmayıb. Yanğının söndürülməsinə 14 texnika və 46 canlı qüvvə cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31