Bir qrup ukraynalı Polşa və Baltikyanı ölkələrdə silsilə yanğınlara görə həbs edilib- ÖZƏL
29 İyul 2024 13:46 DünyaUkrayna Təhlükəsizlik Xidməti (SBU) hüquq-mühafizə orqanlarının məlumatına görə, Polşa və Baltikyanı ölkələrdə mülki və kritik infrastruktura qarşı silsilə yanğınlara görə məsuliyyət daşıyan bir qrup şəxsi saxlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "RMX" məlumat yayıb.
Kiyev Baş Prokurorluğu bəyan edib ki, hələ bu ilin may ayında Ukrayna təhlükəsizlik qüvvələri Varşavada böyük ticarət meydançasının yandırılması da daxil olmaqla, təxribat törətməyi planlaşdıran şəxsləri həbs edib.
Qrupa İvano-Frankovsk sakini rəhbərlik edirdi. Ukrayna hakimiyyətinin bildirdiyinə görə, o, internetdə şəriklərini axtarıb və namizədlər Ukrayna, Polşa və Baltikyanı ölkələrdə baş verən yanğınlarda iştirak etməyə hazır olublar.
Təhlükəsizlik qüvvələri İvano-Frankivsk, Dnepropetrovsk, Zaporojye, Poltava vilayətləri və Kiyevdə 40 müxtəlif yerdə axtarışlar aparıb. Dəyəri 90 min dollardan çox olan sursat, silah və pul müsadirə edilib.
Ukrayna prokurorluğu üç məhbusu "dövlətə xəyanət, yandırma yolu ilə əmlakı qəsdən məhv etməyə hazırlaşmaq"da ittiham edib. Bundan əlavə, onlar qeyri-qanuni istehsal olunmuş holoqrafik mühafizə elementlərini hazırlamaq, göndərmək və satmaqda, saxta sənədlər hazırlamaqda və satmaqda ittiham olunurlar.