Fransada təxribat törədənlərin kimliyi bilindi

Fransalı müstəntiqlər ötən həftə Olimpiya Oyunlarının açılış mərasimindən öncə 3 dəmir yolu xəttində törədilən təxribatın arxasında solçu ekstremistlərin dayandığını düşünürlər.

Olaylar xəbər verir ki, bu baradə "France 2" telekanalına müsahibəsində ölkənin daxili işlər naziri Jerald Darmanin deyib.

O qeyd edib ki, təxribatçıların əməliyyat tərzi solçu ekstremistlərə xas xüsusiyyətlərə malikdir.

Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfərin profilini müəyyən edib.

Xatırladaq ki, Fransa mediası dəmir yolunda irimiqyaslı təxribata görə məsuliyyəti radikal solçulardan ibarət anonim qrupun öz üzərinə götürdüyünü yazmışdı. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31