İranda elektrik böhranı: Xəstəxana işıqsız qaldı
29 İyul 2024 12:46 Dünyaİranda Mərkəzi əyalətin Məhəllat şəhərində xəstəxananın elektrik enerjisinin kəsilməsi dializ aparatına qoşulan 18 xəstənin həyatını təhlükəyə atıb
Olaylar xəbər verir ki, bu barədə "Ricarət Nyus" saytı məlumat yayıb.
Bundan əvvəl oxşar hadisənin Gilan əyalətinin bir neçə xəstəxanasında baş verdiyi bildirilib.
Qeyd edək ki, son həftələr ərzində elektrik enerjisi çatışmazlığı səbəbindən bir sıra əhəmiyyətli müəssisələrin fəaliyyətində problemlər yaranıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31