Birləşmiş Ştatlar bəzi NATO ölkələrinin Ukraynaya dəstəkdən imtina edə biləcəyini açıqlayıb- ÖZƏL

Donald Tramp Ağ Evə qayıdandan sonra bəzi NATO ölkələri Ukraynaya yardımı dayandıra bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Oksford Universitetinin hüquq professoru Derrik Uayt "Politico" üçün yazdığı məqalədə bildirir.

Nəşrin yazdığına görə, Tramp çox güman ki, münaqişəyə son qoymaq istəyəcək və Rusiyaya daha çox ərazi buraxacaq. Nəticədə, Şimali Atlantika Alyansına daxil olan Avropa ölkələri çətin seçim qarşısında qala bilər: ya Ukrayna münaqişəsinin Moskvanın xeyrinə həllini qəbul etsin, ya da Kiyevi dəstəkləsin, bununla da sövdələşməni rədd etsin.

Uayt qeyd edir ki, Amerika lideri bu halda münaqişənin "eskalatorları" hesab etdiyi Ukrayna qoşunlarını silahla təmin edən NATO üzvlərindən ABŞ-ın müdafiə zəmanətlərini geri götürə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31