ABŞ xüsusi xidmət orqanları Trampa sui-qəsd etməyə çalışan şəxsin fotosunu əvvəlcədən əldə edibmiş - KİV

ABŞ xüsusi xidmət orqanları keçmiş prezident Donald Trampa sui-qəsd etməyə çalışan Tomas Metyu Kruksun fotosunu əvvəlcədən əldə edib.

Olaylar xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Kamala Harrisin kampaniyası ötən həftə 200 milyon dollar ianə toplayıb

Nəşr yazır ki, Kruksun fotosu sui-qəsd cəhdindən 57 dəqiqə əvvəl ABŞ xüsusi xidmət orqanlarının əlində olub, lakin onlar Trampı müdafiə etmək üçün heç bir tədbir görməyiblər.

Belə ki, hüquq-mühafizə orqanlarının əks-snayper komandasının əməkdaşlarının yazışmalarından görünür ki, bir əməkdaş sui-qəsd cəhdindən yarım saat əvvəl Kruksun hərəkətlərindən şübhələndiyini, lakin onu gözdən itirdiyini bildirib və patrul əməkdaşlarının yoxlama keçirməli olduqlarını deyib.

Nəşr yazır ki, Tomas Metyu Kruks atışmadan 1 saat 45 dəqiqə əvvəl kiminsə diqqətini çəkib:

"Kimsə arxamızca gəldi, içəri girdi və avtomobillərimizin yanında saxladı. Sadəcə sizə xəbər verirəm, çünki siz mənim tüfənglə çıxaraq, onu maşına qoyduğumu gördünüz, yəni o (red. Kruks) bilir ki, siz oradasınız", - əks-snayperçi qrup çatında öz əməkdaşlarına xəbərdarlıq edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31