Türkiyə ABŞ-yə “Aksunqur” PUA-larının satışını TƏKLİF ETDİ

Türkiyə ABŞ-yə "Aksunqur" pilotsuz uçuş aparatlarının (PUA) satışını təklif edib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin TUSAŞ silah sənayesi şirkətinin baş katibi Mehmet Demiroğlu "CNN Türk"ə müsahibəsində deyib.

O bildirib ki, bu məsələ ilə bağlı ABŞ firması ilə müzakirələr aparılıb: "Dedik ki, Meksika sərhədində işləriniz var. Sizə "Aksunqur" verək".

M.Demiroğlu qeyd edib ki, Türkiyə Avropa və ABŞ-yə silah sata biləcək potensiala malikdir. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31