Almaniya kanslerinin ofisi yaxınlığında bıçaqlanma - Yaralılar var
29 İyul 2024 11:41 DünyaBerlində Federal Kansler Ofisinin yaxınlığında bıçaqlanma baş verib, nəticədə 4 nəfər yaralanıb.
Olaylar "Bild" nəşrinə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Qustav Hayneman körpüsünün yaxınlığında - kanslerin iqamətgahına çox yaxın olan Şpreeboqen parkında qeydə alınıb.
Məlumata görə, ağır xəsarətlər alan 4 nəfər xəstəxanaya yerləşdilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs Berlin mərkəzi stansiyasının yaxınlığında saxlanılıb.
Bildirilir ki, insidentin səbəbi dava olub. Daha dəqiq motivlər hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31