Suzukin: Rusiya üçüncü təhlükə səviyyəsinə malik ölkədir- ÖZƏL
29 İyul 2024 11:24 DünyaYaponiya hökuməti nazir müavini Muneo Suzukinin Moskvaya səfəri fonunda vətəndaşları Rusiyaya səfərdən çəkinməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu haqda ölkə hökumətinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.
"Yaponiya hökuməti cənab Suzukinin Rusiyaya səfərinin məqsədləri və tarixləri barədə şərh verə bilməz. Məqsədindən asılı olmayaraq, Rusiya üçüncü təhlükə səviyyəsinə malik ölkə kimi təsnif olunduğuna görə biz vətəndaşları Rusiyaya səfərdən çəkinməyə çağırırıq", - deyə baş katibi bildirib.
Onun sözlərinə görə, Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiya siyasətini davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31