Katz Ərdoğanı hədələdi: Səddam Hüseyni xatırla...
29 İyul 2024 11:01 Dünyaİsrailin xarici işlər naziri İsrail Katz Ərdoğana 2006-cı ildə edam edilən Səddam Hüseynin taleyini xatırlamağı tövsiyə edib.
Olaylar xəbər verir ki, bu barədə nazir X hesabında yazıb.
"Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. Sadəcə orada nə baş verdiyini və hər şeyin necə bitdiyini xatırlamalıdır".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün "Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik" sözləri İsrail tərəfindən birmənalı qarşılanmayıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31