Elon Musk: Kamala Harrisin ideologiyası insanların məhv olmasını təklif edir- ÖZƏL

Amerikalı milyarder İlon Mask prezident seçkilərində Ağ Evin keçmiş rəhbəri Donald Trampla rəqabət aparmaq niyyətində olan ABŞ-ın vitse-prezidenti Kamala Harris haqqında sərt danışıb.

Tənqidə səbəb Harrisin müasir gəncliyin yaşadığı iddia edilən "iqlim narahatlığı" ilə bağlı açıqlaması olub.

"Bu, gələcək və bilinməyən qorxudur - uşaq sahibi olmağın mənası varmı, ev almaq barədə düşünməyin mənası varmı",-deyə siyasətçi bildirib. 

İş adamı belə bir ideologiyanın bəşəriyyətin yox olmasını nəzərdə tutduğunu vurğulayıb:

"Onun fəlsəfəsinin təbii davamı bütün bəşəriyyətin əsl soyqırımı olardı!", - deyə Mask X sosial şəbəkəsində yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31