Üçüncü dəfə prezident seçildi

Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro respublikada keçirilən prezident seçkilərində qalib gəlib.

Olaylar xəbər verir ki, siyasətçi üçüncü altıillik müddətə seçilib.

Belə ki, bülletenlərin 80%-nin hesablamasından sonra Maduro seçicilərin 51,2% səsini qazanıb. Onun əsas rəqibi Edmundo Qonsales isə 44,2% səs toplayıb.

Qeyd edək ki, N. Maduro 2013-cü ildən respublikaya rəhbərlik edir.  (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31