Ayətullah Xamenei: Qərblə yaxınlaşa bilərik
29 İyul 2024 10:07 Dünyaİranın dini lideri Ayətullah Əli Xamenei ölkənin yeni Prezidenti Məsud Pezeşkiyanın rəhbərliyi altında Qərblə mümkün yaxınlaşmasını açıqlayıb.
Olaylar xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Onun fikrincə, əgər Qərb sanksiyalara yenidən baxarsa, İranla Qərb arasında münasibətlər dəyişə bilər.
Qeyd edək ki, iyulun 28-də Pezeşkian Xamenei tərəfindən rəsmən prezident seçilib. Vəzifəyə başladıqdan sonra o, konstruktiv və effektiv xarici siyasətə sadiq olduğunu bəyan edib.
Bundan əvvəl Ayətullah Xamenei İranın yeni islahatçı prezidenti Pezeşikanı sələfi İbrahim Rəisinin kursunu davam etdirməyə çağırıb. (Oxu.Az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31