MDB ölkələrinin birində terror aktı hazırlayırdı, SAXLANILDI
27 İyul 2024 13:21 DünyaQırğızıstanda MDB ölkələrinin birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Olaylar.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.
Bildirilir ki, saxlanılan şəxs terror qruplaşmasının üzvü olub. Bununla belə, nə terror qruplaşmasının, nə də həmin şəxsin adı açıqlanıb.
O, istintaq təcridxanasına yerləşdirilib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31