Açılışda daha bir insident: Cənubi Koreya yığması "Koreya Xalq-Demokratik Respublikası" kimi təqdim edildi - VİDEO

Olimpiadanın açılışında daha bir insident: Cənubi Koreya yığması "Koreya Xalq-Demokratik Respublikası" kimi təqdim edilib.

Olaylar.az bildirir ki, YonHap agentliyinin yazdığına görə, fransızdilli aparıcı səs sistemi vasitəsilə "République populaire démocratique de Corée" ifadəsini işlədib. Sonra ingilis dilində "Koreya Xalq-Demokratik Respublikası" elan edilib.

Ekranda göstərilən subtitrlərdə isə düzgün ad - "Cənubi Koreya Respublikası" qeyd olunub. Cənubi Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyi insidentlə bağlı BOK prezidenti Tomas Baxla görüş tələb etdiklərini bildirib. (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31