Lavrov: Rusiya kapitulyasiya etməyəcək
27 İyul 2024 13:00 Dünya"Qərb ölkələrinin Ukrayna ilə bağlı hazırkı mövqeyi ölkəmizin mövqeyinin qulaqardı edilməsi və Rusiyanın kapitulyasiyasını gözləməkdən ibarətdir".
Olaylar xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, lakin kapitulyasiya olmayacaq: "Bu baş verməyəcək. Xüsusi hərbi əməliyyatın bütün məqsədləri yerinə yetiriləcək, buna heç bir şübhə yoxdur". (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31