Çində partlayış: ölənlər və yaralananlar var
27 İyul 2024 12:24 DünyaÇinin Henan əyalətində sənaye zonasında partlayış nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Olaylar xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə dünən yerli vaxtla axşam saatlarında baş verib. Partlayışa alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı səbəb olub.
Polis obyektin fəaliyyətinə görə cavabdeh şəxsləri saxlayıb. Hadisə ilə bağlı istintaq başladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31